image-4a0ba2cd-fa3b-3ef3-8682-13ed33ff0458_850backend

Azərbaycanın U-19 millisi İrlandiyaya uduzub

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı VII qrupda İrlandiyaya uduzub.

Elchi.az-ın məlumatına görə, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda baş tutan oyun rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya da eyni hesabla məğlub olub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Moldova yığmasına qarşı keçirəcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki