Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) erməni əsir Artur Badalyana Azərbaycan tərəfinin 30 min avro ödəməsi ilə bağlı qərar çıxardıb. Alp.az xəbər verir ki, bu barədə “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan mətbuata açıqlamasında bildirib.
Xatırladaq ki, “Badalyan Azərbaycana qarşı” işi (51295/11 saylı şikayət) üzrə qərar 22 iyul 2021-ci ildə qəbul edilib. Avropa məhkəməsi öz qərarında iddia edib ki, guya Azərbaycan hökuməti Artur Badalyanın həbsdən azad edildikdən dərhal sonra yaranmış ciddi psixi sağlamlıq problemlərininniyə yaranması ilə bağlı inandırıcı və yetərli izahatlar verməyib.
Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarla öz ədalətsizliyini bir daha ortaya qoyub. Minlərlə Xocalı şahidlərinin, həmçinin terror qurbanı olan, həbsxanada işgəncələrə məruz qalan Azərbaycanlıların şikayətlərini yetərsiz kimi qələmə verən Avropa İnsan Hüquqları Məhkəməsi Bakıda yüksək şəraitdə saxlanılan Artur Badalyana 30 min avro ödəmək haqqında qərar verib. Bu Avropa İnsan Hüquqları Məhkəməsinin ədalət məhkəməsi olmadığını bir daha sübut edir.
“Avropa Məhkəməsi Azərbaycanı qeyri-maddi ziyana görə Badalyana 30 min avro ödəməyə məcbur edib”, – “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan bildirib.