backend

Azərbaycan Araikin uçduğu təyyarəni vura bilər – ekspertdən açıqlama

Cinayətkar dəstənin başçısının Moskvaya gedəcəyi xəbəri yayılıb
Xankəndi separatçılarının başçısı, Azərbaycanın ötən il beynəlxalq axtarışa verdiyi Araik Arutyunyan yaxın günlərdə Moskvaya gedəcək. Bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb. Erməni nəşrinin iddiasına görə, Moskvada o, “növbədənkənar seçki” imkanlarını da müzakirə edəcək.

Bəs Azərbaycan tərəfi Araik Arutyunyanın Moskva səfərini əngəlləmək imkanlarını yoxlaya bilərmi? Məsələn, onu beynəlxalq axtarışa vermişik, bu haqdan istifadə edib, Araikin uçduğu təyyarəni endirə, onu da oradan qandallayıb düşürə bilərikmi? Ya da Moskva aeroportunda Arutyunyanın həbsinə nail olunması mümkündürmü?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, quldurbaşı Araik Arutyunyan çoxdan həbs olunmalı idi. Bununla bağlı bütün hüquqi prosedurlara da əməl olunub, ona qarşı cinayət işi başlanılıb, beynəlxalq axtarışa verilib. Onun hələ də azadlıqada olması Moskvanın günahıdır: “Kreml bu ”sevimli gədəsi”ni hələ də himayə edir. O, artıq ikinci dəfədir ki, Moskvaya çağırılır, orada görüşlər keçirməsinə imkan verilir. Ola bilər ki, Vladimir Putin ondan Nikol Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edir, göstərmək istəyir ki, onun üçün “iki gədə” eyni statusdadır. Amma bizim üçün bunun əhəmiyyəti yoxdur. Araik canidir, onunla adekvat rəftar olunmalı, Azərbaycana təhvil verilməlidir. Azərbaycan hakimiyyəti bu tələbi Kreml qarşısında sərt şəkildə qoymalıdır. Araikin heç nə olmamış kimi Moskvaya səfər etməsi dövlətimiz üçün təhqirdir. Hakimiyyət məsulları bunu nəzərə almalıdırlar. Araik təyyarəni endirərək də həbs oluna bilər. Bu, çox effektli bir hadisə olardı, Böyük Zəfərimizin davamı olardı. İnanırıq ki , hakimiyyətimizin buna qətiyyəti və texniki imkanları çatar. Amma hesab edirəm ki, bu quldurun Xankəndində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən, digər quldurların gözü qarşısında həbsi daha çox yerinə düşərdi. Ermənistandakı və Qarabağdakı ermənilər bir daha Azərbaycanın gücünü görər və yerlərində oturardılar. Bunu çox gözləyir və yaxın vaxtlarda baş verəcəyinə inanırıq”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan hüquqi olaraq öz ərazi bütövlüyünü təmin edib. Müəyyən bir ərazidə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yaşayan ermənilər bu gün bir neçə terrorçu başı erməninin nəzarətindədir və buna da Araik Arutyunyan rəhbərlik edir: “Araik Arutyunyan terrorçu və separatçıdır. Hazırda Rusiya sülhməramlı qüvvələrinə arxayın olub, öz separatçı əməllərini davam etdirir. Hazırda isə buna ilk növbədə Rusiya cavabdehlik daşıyır. Məsəlinin digər tərəfinə gəldikdə isə Araik Arutyunyanı Azərbaycan axtarışa verib. Onun Rusiya səfəri ilk növbədə Rusiya hərbi kəşfiyyati tərəfindən həyata keçirilir. Bu kimi səfərlər qanunsuzdur və Rusiya bununla separatizmə dəstək vermiş olur. Azərbaycan bununla bağlı Rusiya ilə konkret danışmalıdır. Bir tərəfdən də Araikin həbsinin reallaşması istiqamətində Azərbaycan ardıcıl iş aparmalıdır. Bunu Moskvada, yaxud Xankəndində də edə bilər. Təbii ki, Azərbaycanın tam hüququ var ki, Moskvada onu həbs etdirsin. Amma Rusiya onu qoruyur və Azərbaycana qarşı istifadə edir. Moskva Araiklə hansı seçkini müzakirə etməlidir?! Rusiya Azərbaycanın daxilində nəyə görə seçki məsələlərini müzakirə etməlidir?! Ona görə də bu məsələ də Azərbaycan tərəfindən etiraz formasında qaldırılmalıdır. Qarabağda ”seçki” yolverilməzdir və burada Rusiya erməni separatizminə şərait yaratmamalıdır. Əgər orada hər hansı “seçki” adı altında bir konkret addım atılacaqsa, Azərbaycan Silahlı Qüvvələri, güc strukturları müdaxilə eləməlidir. Elə həmin “seçki”də Araik ya həbs edilməli, tabe olmayacağı halda zərərsizləşdirilməlidir”.musavat

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki