Avstraliyada aparılan araşdırma 2019 və 2020-ci illərdə baş verən meşə yanğınlarından sonra ölkədəki bitki və heyvan növlərinin 55 faizinin populyasiyasında azalma olduğunu müəyyən edib.
Elchi.az xəbər verir ki, “Nature” jurnalının məlumatına görə, alimlər 2019 və 2020-ci illərdə Avstraliyada baş verən meşə yanğınlarının 1380 heyvan və bitki növünə təsirini araşdırıblar.
Aparılan araşdırmalar nəticəsində təqribən 24,3 milyon hektar ərazini məhv edən bu yanğınlar nəticəsində ölkədə bitki və heyvan populyasiyasının 55 faiz azaldığı müşahidə edilib.
Elm adamları, xüsusilə məməli növlərində azalmanın digər heyvan qruplarına nisbətən iki dəfə çox olduğunu bildirdilər.
Tədqiqat nəticəsində məlum olub ki, son 40 ildə ən azı üç dəfə yanğın baş verən bölgələrdə biomüxtəliflik bir dəfə yanan və ya heç yanmayan bölgələrə nisbətən 93 faiz daha çox mənfi təsirə məruz qalıb.
2019 və 2020-ci illərdə Avstraliyada meşələrə və çəmənliklərə təsir edən və bəzən yaşayış məntəqələrinə yayılan yanğınlarda 34 nəfər həyatını itirib, təxminən 24,3 milyon hektar ərazi məhv olub.
Nuranə Məmmədova