Yeni elmi araşdırma hər il 40.000 avropalının ölümünə qaz sobalarının səbəb olduğunu ortaya çıxarıb. Bu rəqəm avtomobil qəzaları nəticəsində ölənlərin sayından iki dəfə çoxdur.
Elchi.az xəbər verir ki, sobalar buraxdıqları zəhərli qazlarla ürək və ağciyər xəstəliklərinə səbəb olsa da, mütəxəssislər bu problemin ciddiliyinin yetərincə başa düşülmədiyini düşünürlər.
İspaniyanın I Jaume Universitetindən. Juana Maria Delqado-Saboritin rəhbərlik etdiyi araşdırma, qaz sobalarının zərərli təsirlərinin düşünüldüyündən qat-qat ciddi olduğunu ortaya qoyur.
Böyük Britaniya və Avropa Birliyində aparılan araşdırmalara görə, qaz sobalarından atılan azot dioksid kimi zəhərli qazlar iki il ömrünü oğurlayır, ürək və ağciyər xəstəliklərinə səbəb olur.
Şayəstə Hüseynova