Fransa və Hollandiyadakı müstəntiqlər Netflix qlobal internet televiziya şəbəkəsinin Paris və Amsterdamdakı ofislərində axtarış aparıblar.
Elchi.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, Milli Maliyyə Prokurorluğu (PNF) tərəfindən 2022-ci ilin noyabrında “ Netflix France” a qarşı vergidən yayınma və qeydiyyatsız məşğulluq ittihamı ilə açılan ilkin istintaq davam edir.
İstintaq çərçivəsində şirkətin Paris ofisi və Amsterdamdakı Avropa qərargahında axtarış aparılıb.
Axtarışlar Korrupsiyaya Qarşı Mübarizə və Maliyyə və Vergi Cinayətləri üzrə Mərkəzi İdarənin müstəntiqləri və PNF üzvləri tərəfindən şirkətin Paris ofisində, Fransa və Hollandiya müstəntiqləri isə Amsterdam ofisində aparılıb.
Netflix France 2019, 2020 və 2021-ci illərdə ölkədəki fəaliyyəti çərçivəsində vergi yoxlamasına məruz qalıb.
Nuranə Məmmədova