“Bir neçə aydır ki, Brüssel və London ABŞ prezidenti Donald Trampın Avropa mallarına rüsum tətbiq etmək niyyəti ilə bağlı müxtəlif ssenarilərə hazırlaşır”.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Rəsmilər Trampı Avropa ixracatına rüsum tətbiq etməməyə inandıra biləcəklərinə ümid etdiklərini, lakin eyni zamanda cavab rüsumları da daxil olmaqla, bütün tədbirlərə hazır olduqlarını bildiriblər.
“Bundan əlavə, Böyük Britaniyanın baş naziri Keir Starmer də daxil olmaqla, Avropa liderləri Ukraynanı dəstəkləmək və Trampla gələcək sövdələşmələr üzrə danışıqlar aparmaq istəklərini nümayiş etdirmək üçün tez planlar hazırlayırlar”,- deyə “Politico” yazır.
Yeganə