image-refah-hastane-aa-2228398_1backend

Atəşkəsin ikinci günündə Rəfahda 3 fələstinli həlak olub

İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşmasının ikinci günündə Qəzza zolağının cənubundakı Rəfah şəhərində üç fələstinli həyatını itirib.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail snayperlərinin Rəfah şəhər mərkəzində atəş açması nəticəsində Zəkəriyyə Həmid Yəhya adlı fələstinli uşaq həyatını itirib.
Onun cəsədini götürməyə çalışan daha bir uşaq xəsarət alıb.
İsrail ordusunun snayperləri Rəfah bələdiyyəsi yaxınlığında Nadir Aclan adlı fələstinlini öldürüb. Şəhərin şərqində Mahmud Muammar adlı fələstinli İsrail ordusundan qalan obyektin partlaması nəticəsində həyatını itirib.
Yerdəki mənbələr İsrail tanklarının Rəfahdakı bufer zonasına daxil olaraq bölgədəki dinc sakinlərə şiddətli atəş açdığını bildirib.
Mənbələr razılaşmaya əsasən, İsrail ordusunun ərazidə 700 metr məsafədə qalmasına icazə verildiyini, lakin ordunun 850 metrə qədər irəlilədiyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki