image-69backend

Araşdırma müəssisəsindən qaçan 43 meymun tutuldu

Noyabr ayında ABŞ-da tədqiqat müəssisəsindən qaçan 43 meymunun hamısı ələ keçirilib.

Elchi.az bu barədə BBC-yə istinadən xəbər verir.

Noyabr ayında 43 meymunun tədqiqat müəssisəsindən qaçmasından sonra ABŞ-ın Cənubi Karolina ştatının Beaufort County şəhərciyinin sakinlərinə xəbərdarlıq edilib. Səlahiyyətlilər əhaliyə meymunların evlərinə girəcəyi təqdirdə qapı və pəncərələri bağlı saxlamaları barədə xəbərdarlıq edib. Həmçinin meymunlara yaxınlaşmamaq tövsiyə olunub. “Bütün 43 meymunun hamısı təhlükəsiz şəkildə ələ keçirildi və hamısı sağlamdır”, – tədqiqat müəssisəsinin dünənki açıqlamasında deyilir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki