image-1636528389-cr5cpawgkkibackend

Ara Mkrtçyan həbs edildi

Ermənistanın Apellyasiya Məhkəməsi Kotayk vilayətinin Kasax kəndinin başçısı Ara Mkrtçyanın həbs edilməsi barədə qərar çıxarıb.

Alp.az xəbər verir ki, bu barədə yayılan məlumatı İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.

O qeyd edib ki, aşağı instansiya məhkəməsi Mkrtçyanın həbsi barədə vəsatəti təmin etməyib, prokurorluq bu qərardan Apellyasiya Məhkəməsinə şikayət verib, sonuncu isə bu şikayəti təmin edib.

İttihama görə, Mkrtçyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri zamanı müxalifətin “Şərəflə” blokuna səs vermək tələbi ilə çıxış edərək, Kasax kənd sakinlərini hakim Vətəndaş Müqaviləsi Partiyasının əleyhinə səs verməyə məcbur edib.Unikal.org

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki