Almaniyanın keçmiş prezidenti Horst Köhlerin 81 yaşında vəfat etdiyi bildirilir.
Elchi.az xəbər verir ki, Almaniya Prezident Aparatından verilən açıqlamada Köhlerin “qısa müddətli ağır xəstəlikdən” sonra paytaxt Berlində vəfat etdiyi bildirilib.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Köhlerin həyat yoldaşı Eva Luise Köhlerə başsağlığı mesajı göndərərək, “Ölkəmiz və dünya üçün böyük işlər görmüş çox hörmətli və son dərəcə sevilən bir insanı itirdik” dedi. ifadəsini işlətdi.
22 fevral 1943-cü ildə Polşanın Skierbiszow şəhərində anadan olan Köhler 2004-cü ilin mayında Xristian Birlik Partiyaları CDU/CSU və Azad Demokratik Partiyasının (FDP) namizədi olaraq Almaniyanın 9-cu prezidenti seçildi 2009-cu ilin may ayında ikinci dəfə edilən seçkilər olmuşdu.
Nuranə Məmmədova