Partlayışdan əvvəl “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttinə ən azı altı bomba yerləşdirilib.
Elchi.az xəbər verir ki, bu barədə Almaniyanın Welt nəşri qaz kəməri operatoru Nord Stream AG ilə sığortaçılar arasında keçirilən məhkəmə prosesinin sonar görüntülərinə və sənədlərinə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, təxribatçılar “Şimal axını 1” və “Şimal axını 2”ni birləşdirən dörd xəttə ən azı altı bomba yerləşdiriblər. Bundan əvvəl polşalı mütəxəssislər “Şimal axını” boru kəmərinin partladığı ərazidən götürülmüş su nümunələrində trotil izlərini aşkar ediblər.
Noyabrın 26-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, qaz kəmərlərinin partladılmasında “Anqlosakson xüsusi xidmət orqanları”nın diversantları birbaşa iştirak ediblər.
Yeganə