Almaniyada keçirilən ümumi seçkilərdə ikinci yeri tutan ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının namizədi Alice Weidel birinci yerdə gələn Xristian Demokratlar Partiyasının CDU/CSU ittifaqı ilə koalisiya hökuməti qurmaq istəyir.
Elchi.az xəbər verir ki, son illərdə Almaniyada “ifrat sağçı populizmin siması” kimi görünən 46 yaşlı Alice Weidel 1979-cu ildə Güterlohda anadan olub.
2013-cü ilin oktyabrında AfD-nin qurulmasından 8 ay sonra üzv olan Weidel, 2017-ci il ümumi seçkilərində ilk dəfə federal deputat oldu.
Weidel 2017-ci ildən AfD parlament qrupunun həmsədri, 2022-ci ildən isə Tino Çrupalla ilə partiyanın həmsədridir.
Partiyasının baş nazirliyə ilk namizədi olan Veydel Bayreuth Universitetində iqtisadiyyat və biznes təhsili alıb, bir neçə böyük şirkətdə çalışıb və Çinin pensiya sisteminin gələcəyi ilə bağlı doktorluq dərəcəsi yazıb.
AfD-nin “güclü qadını” olaraq da xarakterizə edilən Weidel, xüsusilə mühacir əleyhinə çıxışları ilə diqqət çəkir.
Şayəstə Hüseynova