image-50backend

Aİ Suriyanın yeni hakimiyyət orqanlarından BUNU tələb edəcək…

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kalas bildirib ki, Rusiya hərbi bazalarından qurtulmaq Avropa İttifaqı ilə Suriyanın yeni hakimiyyət orqanları arasında dialoqun başlanmasının şərtlərindən birinə çevriləcək.

Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

“Afrika və cənub qonşuları ilə münasibətlərdə fəaliyyətlərin həyata keçirildiyi stansiyadır. Avropanın təhlükəsizliyi baxımından da narahatlıq doğurur. Biz bu məsələni qaldıracağıq”, – Kalas Aİ xarici işlər nazirlərinin Brüssel görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ-nin bir çox nazirləri “Rusiyanın Suriyadakı təsirindən” qurtulmağın zəruriliyini dəstəkləyir. Bu məsələni Niderlandın Xarici İşlər Naziri Kaspar Veldkamp qaldırıb. “Rusiyanın Suriyadakı hərbi bazalarına gəlincə. Rusiyanın getməsini istəyirik”, – deyə o bildirib. Kalas həmçinin məlumat verib ki, Brüssel Suriyanın müvəqqəti hökuməti ilə əlaqə yaratmaq üçün Dəməşqə yüksək səviyyəli diplomat göndərib.

Rusiyanın Suriyada gələcək hərbi mövcudluğu sual altındadır. Noyabrın sonunda “Həyat Təhrir əl-Şam”dan olan suriyalı üsyançılar İdlib əyalətinə hücuma keçib və dekabrın 8-də Bəşər Əsədin devrilməsini elan edərək Dəməşqə çatıblar.

Rusiya 2015-ci ildə Əsədin tərəfində vətəndaş müharibəsinə müdaxilə edəndə Suriyada hərbi bazalar açmışdı. 2017 Moskva Suriya hökuməti ilə Hmeymidə hava bazası və Tartusda dəniz stansiyasının yerləşdirilməsi ilə bağlı təmənnasız olaraq, 49 il şərtlə müqavilə imzalayıb.

Üsyançılar hakimiyyəti ələ keçirdikdən sonra rus stansiyalarını işğal etmədilər. HTŞ-nin rəhbəri Məhəmməd əl-Culani bildirib ki, Suriya hakimiyyəti Rusiyaya bu ölkə ilə münasibətləri ümumi maraqlara xidmət edəcək şəkildə yenidən müəyyənləşdirmək imkanı verib.

Bloomberg-in mənbələrinə görə, Rusiya Suriyada hərbi mövcudluğunu saxlamaqla bağlı “müqavilə bağlamağa yaxınlaşır”. Reuters-in həmsöhbətləri bunu təsdiqləyiblər. Moskva stansiyalardan qoşunları çıxarmağı planlaşdırmır.

Kreml qeyd edib ki, Suriyada yeni hakimiyyət orqanları ilə hərbi obyektlərin taleyini müzakirə edirlər. Rusiya Xarici İşlər Nazirliyi əmindir ki, “ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmət münasibətləri bundan sonra da konstruktiv şəkildə inkişaf edəcək”.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki