Avropa İttifaqı (Aİ) Komissiyası, “Facebook” və “Instagram” sosial media platformalarının sahibi Meta-nı Birliyin antiinhisar qaydalarını pozduğuna görə 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, AB Komissiyasının verdiyi açıqlamaya görə, 797 milyon avro cərimə Meta -ya Facebook Marketplace-i şəxsi sosial şəbəkəsi Facebook-a inteqrasiya etdiyi və digər onlayn elanlar xidmətinə ədalətsiz ticarət şərtləri tətbiq etdiyi üçün Aİ-nin antiinhisar qaydalarını pozduğuna görə verilib.
Aİ Komissiyasının araşdırması müəyyən edib ki, Meta bütün Avropa İqtisadi Bölgəsində şəxsi sosial şəbəkələrdə və sosial mediada onlayn ekran reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib.
Qərarda, Facebook Marketplace-in Facebook-a inteqrasiyası ilə bu sosial media platformasından istifadə edən hər kəsin avtomatik olaraq Facebook Marketplace-ə giriş əldə etdiyi və istəsə də istəməsə də müntəzəm olaraq Facebook Marketplace-ə məruz qaldığına diqqət çəkilib.
Müvafiq olaraq, Meta-nın sözügedən hərəkətə dərhal son qoyması və gələcəkdə eyni pozuntunun təkrarlanmasından və ya ekvivalent məqsəd və ya təsiri olan hərəkətlərdən çəkinməsi qərara alınıb.
Nuranə Məmmədova