image-somali-kuraklik-reu-1758829_1backend

Afrikada köçkünlərin sayı 15 ildə üç dəfə artıb

Daxili Köçkünlük Monitorinq Mərkəzi Afrikada məcburi köçkünlərin sayının 15 ildə üç dəfə artaraq 35 milyona çatdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, daxili Köçkünlüyün Monitorinqi Mərkəzi (IDMC) “Afrikada daxili yerdəyişmə: Trendlər və İnkişaflara İcmal (2009-2023)” adlı hesabat dərc edib.
Hesabatda Afrikada məcburi köçkünlük hallarının çoxunun artan qarşıdurma və zorakılıqdan qaynaqlandığı, fəlakətlərdən qaçmaq məcburiyyətində qalan insanların sayının da sürətlə artdığı bildirilib.
Hesabatda Afrikada məcburi köçkünlərin sayının 15 ildə üç dəfə artaraq 35 milyona çatdığı və bunun qlobal köçkünlük hallarının təxminən yarısını təşkil etdiyi vurğulanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki