Abxaziyanın vitse-prezidenti Badra Qunba respublikanın prezidenti vəzifəsinin icrasına başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Noyabrın 19-da Abxaziya parlamenti respublika prezidenti Aslan Bjaniyanın istefasına səs verib.
31 deputatdan 28-i dövlət başçısının istefasının lehinə səs verib.
Noyabrın 15-də Suxumda etirazçılar hökumət binaları kompleksini ələ keçirərək prezidentin istefasını tələb ediblər. Etirazlara səbəb Rusiya ilə investisiya sazişi olub və bu, müxalifətin fəal müqavimətinə səbəb olub və bunu Abxaziyanın iqtisadi suverenliyi üçün dağıdıcı hesab edir. Eyni zamanda, müxalifət Rusiya Federasiyası ilə münasibətləri gücləndirməyə, investisiya layihələrini pozmamağa çalışdıqlarını bəyan edib.
Nuranə Məmmədova