Abxaziya hakimiyyəti və müxalifət nümayəndələri parlamentin vasitəçiliyi ilə respublikada yaranmış daxili siyasi böhrandan çıxış yolu ilə bağlı danışıqlara başlayır.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Müdafiə Nazirliyində danışıqlar başlayır. Məlumatda deyilir ki , hakimiyyət adından vitse-prezident Badra Qunba, Dövlət Gömrük Komitəsinin sədri Otar Xetsiya və ictimai xadim David Pilia iştirak edirlər .
Danışıqlarda müxalifəti Abxaziyanın Suverenliyini Müdafiə Komitəsinin rəhbəri Levan Mikaa və respublika parlamentinin deputatı Kan Kvarçia təmsil edəcək. Görüşdə “Abxaz Xalq Hərəkatı”nın sədri Adqur Ardzinba da iştirak edəcək.
Nuranə Məmmədova