Abxaziya müxalifətinin nümayəndələri respublika prezidenti Aslan Bjaniyaya onun istefası tələbini çatdırıblar.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə müxalifətin siyasi böhranın aradan qaldırılması üzrə ictimai-siyasi təşkilatların qərargahının nümayəndəsi Eşsou Kakaliya bildirib.
“Parlament sədrinin başçılıq etdiyi deputatlardan ibarət nümayəndə heyəti Aslan Bjaniyaya göndərilib, ondan könüllü olaraq istefa verməsi istənilib, lakin o, vaxt istəyib”, – məlumatda deyilir.
Nuranə Məmmədova