image-aqagnqml8ldmfhu4odhlqsqpn7odwandqzrcuuqikhnupfmjel8lkrvskor_o7f94stgfaqb9kq1gafs-dcglqegkigbackend

Abxaz müxalifəti hökumətə ultimatum verib

Etirazçılar ölkə prezidenti Aslan Bjaniya istefaya getməyənə qədər Suxumi hökumət kompleksini tərk etməyəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
Həftənin əvvəlində Abxaziya parlamenti Rusiya ilə investisiya sazişinin detallarını aydınlaşdıran qanun qəbul edib. Müxalifət sənədi tənqid edərək şəhərin küçələrinə axışıb. Etirazçılar hesab edirlər ki, saziş respublikanı suverenlikdən məhrum edəcək.
“Tələblərimiz dəyişməzdir. Aslan Bjaniya istefa verməlidir”, – Ardzinba vurğulayıb.
Onun fikrincə, Bjaniya israr edir ki, fəallar kompleksi tərk edirlər, ona görə ki, o, özü buraya qayıtmaq istəyir.
Siyasətçi qeyd edib ki, prezident hazırda olduğu yerdə istefaya imza ata bilər.
“Hamımız buradan ayrılana qədər bu tələb yerinə yetirilməyəcək” dedi Ardzimba.
Abxaziya prezidenti Aslan Bjaniya isə öz növbəsində hökumət binalarını zəbt edən etirazçıların hərəkətlərini “anti-Rusiya” adlandırıb. O izah edib ki, nümayişçilər respublika ilə Rusiya arasında investisiya sazişinin qəbul edilməsinin əleyhinədirlər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki