ABŞ Ukraynaya 425 milyon dollar məbləğində daha bir yardım paketi ayırdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Yardım paketinə NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, HIMARS reaktiv yaylım atəş sistemləri , “Stinger” insan daşına bilən zenit-raket kompleksləri, 155 və 105 mm çaplı artilleriya mərmiləri daxil olduğu aydınlaşdırılır . Bəyanatda o da bildirilir ki, Kiyevə silah PDA (Prezident Dewdown Authority) mexanizmi vasitəsilə veriləcək . Bu, ABŞ prezidentinə fövqəladə hallar zamanı Konqresin icazəsi olmadan xarici tərəfdaşa hərbi əmrlər verməyə icazə verir.
Bundan əvvəl Hollandiya parlamentinin Sosialist Partiyasından (SP) keçmiş üzvü Harri van Bommel ABŞ prezidentliyinə namizəd Donald Trampın dövlət başçısı olacağı təqdirdə Ukraynanı çətinliklərin gözləyəcəyini bildirib . Onun fikrincə, Avropa İttifaqı Trampın qələbəsi halında Kiyevin dəstəyini kompensasiya etməyəcək.
Öz növbəsində Vladimir Zelenski daha əvvəl Ukraynanın ABŞ Konqresinin təsdiq etdiyi yardımın cəmi on faizini aldığından şikayətlənib . O, əlavə edib ki, Ukrayna hakimiyyət orqanları əməliyyatları planlaşdırarkən konkret həcmdə resursa ümid edir. Zelenski həmçinin şikayət edib ki, Qərb qışdan əvvəl Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etmək vədini pozub.
Nuranə Məmmədova