ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanı ilə iqtisadiyyat və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun bəyanatında deyilir.
Sənəddə qeyd olunduğu kimi, fevralın 17-də Rubio Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və krallığın xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
“Dövlət katibi ABŞ və Səudiyyə Ərəbistanı arasında iqtisadi və müdafiə sahəsində əməkdaşlığın dərinləşəcəyinə ümid etdiyini bildirib və həmçinin ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsinə sadiq olduğunu bildirib”, – məlumatda deyilir.
“Dövlət katibi və vəliəhd Qəzzada atəşkəsin qorunmasına və Amerika vətəndaşları da daxil olmaqla, HƏMAS-ın bütün girovlarının azad edilməsinə sadiq olduqlarını təsdiqləyiblər”, – Rubio “regional təhlükəsizliyə töhfə verən Qəzza sazişinin əhəmiyyətini vurğulayıb”.
Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, tərəflər “Suriya, Livan və bütün regionda ümumi maraqların, o cümlədən Qırmızı dənizdə təhlükəsizlik və gəmiçilik azadlığının təşviqi yollarını müzakirə ediblər”.
Yeganə