image-c2fca990-48e3-39d3-879d-42833eadeea7_850backend

ABŞ-nin 25 %-lik rüsumu Aİ-də ÜDM-in 1,5 %-nə başa gələ bilər

ABŞ-nin Avropa İttifaqından (Aİ) daxil olan bütün mallara 25 % idxal rüsumu tətbiq etməsi Aİ-yə ümumi daxili məhsulun (ÜDM) 1,5 %-nə başa gələ bilər.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu, “Bloomberg” agentliyinin analitiklərinin hesablamalarında öz əksini tapıb.

Onlar qeyd ediblər ki, hazırda Aİ iqtisadiyyatı ABŞ Prezidenti Donald Trampın 2017-2021-ci illərdə birinci səlahiyyət müddətində birliklə ticarətə ilk dəfə tarif məhdudiyyətləri tətbiq etdiyi dövrdə olduğundan daha zəifdir. Aİ-nin əsas “lokomotivləri” olan Almaniya və Fransa iqtisadi artımla bağlı böyük problemlərlə üzləşib.

ABŞ-nin polad və alüminium idxalına rüsumlar tətbiq etməsi Avropanın poladəritmə sənayesi üçün böyük problemlər yaradır. “Bloomberg”in analitikləri bildiriblər ki, tariflər avropalı istehsalçıları 12 min iş yerini ixtisar etməyə vadar edə bilər. Almaniyanın “Thyssenkrupp AG” və Lüksemburqun “ArcelorMittal SA” kimi bir neçə sənaye nəhəngi artıq Aİ-dəki ümumi böhran fonunda işçilərini ixtisar edir, ABŞ-nin idxal rüsumları isə onların vəziyyətini daha da pisləşdirəcək.

Eyni zamanda, Kanada və Meksikadan daxil olan mallara idxal rüsumlarının qüvvəyə minəcəyi halda ABŞ də ciddi itkilərə məruz qala bilər. “Bloomberg” qeyd edib ki, söhbət ABŞ-də ÜDM-in 1,3 %-i və ölkədə inflyasiya tempinin sürətlənməsindən gedə bilər.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki