image-los-angeles-afp-2320417_1backend

ABŞ meşə yanğınları: İqtisadi itkilər 57 milyard dollara çata bilər

ABŞ-ın Kaliforniya ştatında güclü küləklər səbəbindən yayılan meşə yanğınlarının ümumi zərəri və iqtisadi itkilərinin 52-57 milyard dollar arasında olacağı gözlənilir.
Elchi.az xəbər verir ki, Qlobal hava proqnozu xidməti olan AccuWeather Kaliforniya meşə yanğınlarının iqtisadi xərcləri ilə bağlı ilkin hesablamalarını açıqlayıb.
Müvafiq olaraq, Kaliforniyada meşə yanğınları nəticəsində ümumi zərərin və iqtisadi itkilərin 52-57 milyard dollar arasında ola biləcəyi təxmin edilirdi.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində quru hava şəraiti ilə birlikdə güclü külək nəticəsində çərşənbə axşamı axşam meşə yanğınları başlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki