image-11backend

“ABŞ MDB millətçiləri ilə əlaqə saxlayır”-Narışkin

ABŞ və onun avropalı müttəfiqləri öz ərazilərində Ukrayna ssenarisini həyata keçirmək üçün MDB ölkələrinin millətçiləri ilə əlaqə saxlayırlar.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasında çıxışı zamanı deyib.

“Vaşinqton, London və Brüssel Millətlər Birliyi ilə bağlı qondarma Ukrayna ssenarisinin həyata keçirilməsi variantlarını hazırlayır.

Dar yerli millətçiliyin qızışdırılmasını, milli kimliyin gücləndirilməsi bəhanəsi ilə Qərbə inteqrasiyanı nəzərdə tuturam. Amerika və Avropa xüsusi xidmət orqanlarının Aşqabad partiyaları və MDB ərazisindəki hərəkatlarla sabit əlaqələri barədə məlumatlar daxil olur”, – Narışkin bildirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki