image-thumbs-b-c-b38e67396544f1d488450787a51613fabackend

ABŞ-ın diqqətəlayiq sorğusu: İsrail və Netanyahuya ictimai dəstək azalır

ABŞ-da keçirilən sorğuya görə, Qəzzaya hücumlarını davam etdirən İsrail və onun baş naziri Benyamin Netanyahu ilə bağlı fikirlər son üç ildəkindən daha mənfidir.
Elchi.az xəbər verir ki, ABŞ -da yerləşən “Pew Research” araşdırma şirkəti tərəfindən aparılan sorğuda ABŞ vətəndaşlarının İsrail və Netanyahuya münasibəti öyrənilib.
2022-ci ilin martından 2024-cü ilə qədər eyni suallarla aparılan sorğunun builki hesabatında iştirakçıların 53 faizinin İsrail haqqında mənfi fikir bildirdiyi ortaya çıxıb. Sözügedən nisbət 2022-ci ildə 43 faiz idi.
Anketə görə, bu il ABŞ-da Demokratların yüzdə 69-u İsrailə mənfi baxarkən, bu nisbət Respublikaçılar üçün yüzdə 37 olaraq qeyd edildi. Hər iki qrup İsrail haqqında mənfi fikirlərin artdığını gördü.
Dini mənsubiyyəti olmayan respondentlərin 69 faizi İsraili qəti şəkildə dəstəkləməsə də, yəhudi əsilli amerikalıların 27 faizi İsrailə mənfi baxır.
Sorğunun nəticələrinə görə, amerikalıların 52 faizi Netanyahunun “qlobal məsələlərdə düzgün iş görəcəyinə” inanmır.
İştirakçıların 62 faizi ABŞ prezidenti Donald Trampın “Qəzzanı ələ keçirmək planına” qarşı çıxdığı halda, yəhudi əsilli amerikalılar arasında bu nisbət yüzdə 64 olub.
Amerikalıların 66 faizi İsrailin Fələstinə hücumlarının ABŞ-ın milli maraqları baxımından əhəmiyyətli olduğunu düşünsə də, bu nisbət əvvəlki ilə nisbətən 9 faiz azalıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki