image-76be7663-c3f3-3d41-9c0a-7d6240248089_850backend

ABŞ-də helikopter qəzası nəticəsində bir neçə nəfər ölüb

ABŞ-nin Hyuston şəhərində (Texas ştatı) helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 20-də axşam saatlarında göyərtəsində biri uşaq olmaqla 4 nəfərin olduğu şəxsi helikopterin radio qülləsinə çırpılması nəticəsində baş verib. Qəza yerində yanğının baş verdiyi bildirilir.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki