ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harrisin mübarizə apardığı prezident və Konqres seçkiləri üçün səsvermə davam edir.
Elchi.az xəbər verir ki, üç fərqli saat qurşağı olan ABŞ- da səsvermənin başlanğıcı və sonu ştatlara görə dəyişir. Səsvermə Nyu-York və Virciniya ştatlarında saat 06:00-da (UTC 14:00), ən kritik ştatlarda, Florida və Pensilvaniyada və paytaxt Vaşinqtonda saat 07:00-da (UTC 15:00) başlayıb.
Bildirilir ki, erkən seçicilər də daxil olmaqla, indiyədək 80 milyondan çox seçici səs verib.
Qutularda səsvermə Türkiyə vaxtı ilə gecə saat 03:00-a qədər davam edəcək. Bu müddətdən sonra səsvermə başa çatacaq və səslərin hesablanmasına başlanacaq.