image-thumbs_b_c_92c628d72b76966e54f7b19b975ba9b4-1backend

ABŞ-da seçkilərin təhlükəsizliyi üçün yüksək səviyyədə tədbirlər görülüb

ABŞ-da seçki təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilib.
Elchi.az xəbər verir ki, ABŞ- da prezident seçkiləri ilə əlaqədar səsvermə və hesablama məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Ölkə üzrə səslərin hesablanması mərkəzlərinin ətrafına təhlükəsizlik kameralarının yerləşdirildiyi və bu mərkəzlərin damlarına snayperlərin yerləşdirildiyi bildirilir. Küçələrə əlavə polis qrupları göndərilərkən, pilotsuz uçuş aparatları ilə yoxlamaların gücləndirildiyi, səsvermə kabinələrinə “çaxnaşma düymələri” qoyularaq seçki qutularının təhlükəsizliyinin də ən yüksək səviyyəyə qaldırıldığı bildirilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki