image-download-2025-04-23t153650-062backend

AB “Apple” və “Meta”nı cərimələyib

Avropa İttifaqı (Aİ) Komissiyası İttifaqın rəqəmsal qaydalarına əməl etmədiyinə görə Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro cərimələyib.
Elchi.az xəbər verir ki, Aİ Komissiyası “Apple” və “Meta” şirkətlərinin Rəqəmsal Bazarlar Aktı ilə bağlı öhdəliklərini pozduqlarını və buna görə də cərimələndiyini açıqlayıb.
Xatırladaq ki, AB qaydalarına əsasən, tətbiqlərini “Apple”ın  “App Store” mağazası vasitəsilə yayan tərtibatçılar öz müştərilərini pulsuz məlumatlandırmalı və alternativ təkliflərə yönləndirməlidirlər və “Apple” buna icazə verməyərək öz öhdəliyinə əməl etməmişdir.
Açıqlamada, “Apple”ın tətbiq etdiyi müxtəlif məhdudiyyətlərə görə proqram tərtibatçılarının App Store-dan başqa alternativ paylama kanallarından faydalana bilməyəcəyinə diqqət çəkilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki