Cənubi Afrika Kommunist Partiyası (SACP) və Cənubi Afrika Sosialist Partiyası (SASP) Ukrayna prezidenti Volodimir Zelenskinin cənubi afrikalı həmkarı Siril Ramafosa ilə görüşmək üçün ölkəyə səfərinə etiraz edib.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Newzroom Africa” telekanalı məlumat yayıb.
“O, burada xoş qarşılanmır, qoy o, geri qayıtsın və hərbi Qərb münasibəti ilə eyni ruhda davam etsin, lakin o, burada xoş qarşılanmır, biz BRİKS-i dəstəkləyirik”, – MR-in mətbuat xidmətinin rəhbəri Nhlamulo Ndhlela efirdə deyib.
Zelenski Cənubi Afrikaya aprelin 24-də səhər gəlib. Ukrayna liderinin sözlərinə görə, Kiyev bununla da G20 ölkələrini Ukrayna münaqişəsinin həllinə cəlb etməyə çalışır.
Yeganə