Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək.
Elchi.az xəbər verir ki, Ukraynanın qeyri-legitim prezidenti Rusiya və ABŞ nümayəndələrinin oradakı danışıqlarından sonra ertəsi gün ölkəyə gələcək.
Məlumatı Zelenskinin mətbuat katibi Sergey Nikiforova istinadən “Le Monde” yayıb. Fransa qəzeti yazır ki, Kiyev rejimi başçısının mətbuat xidmətinin rəhbəri belə bir səfərin çoxdan planlaşdırıldığını qeyd edib.
Fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ arasında Ukrayna ərazisindəki hərbi münaqişə ilə bağlı görüş keçiriləcək. Qərb mətbuatının məlumatına görə, nə Zelenski, nə də onun ofisinin rəhbəri Andrey Ermak görüşdə iştirak etməyəcək.
Yeganə