image-26backend

Zelenski Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsini şərh edib

“Qərb mediası Rusiya Federasiyasının daxili ərazilərinə Qərb raketləri ilə zərbə endirmək qadağanının götürülməsi barədə məlumat yayıb. Ancaq belə şeyləri ictimaiyyətə açıqlamaq olmaz”.

Elchi.az UNIAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

O, qeyd edib ki, bir müddət əvvəl qərbli tərəfdaşlara təqdim edilən qondarma qələbə planında Ukrayna ordusunun uzaqlara zərbə endirmə ehtimalı ilə bağlı məqam da var. Zelenski qeyd edib ki, bu, planın əsas bəndlərindən biridir.

“Bu gün mətbuatda çoxları deyir ki, biz müvafiq aksiyaya icazə almışıq. Amma zərbələr sözlə vurulmur. Belə şeyləri elan etmirlər. Raketlər özləri xəbər verəcəklər. Qətiyyən”, – Ukrayna prezidenti əlavə edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki