Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 15-də səhər saatlarında Polşaya işgüzar səfərə gəlib.
Elchi.az bildirir ki, “RBC-Ukrayna” xəbər verir ki, bu barədə jurnalistlərə Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib.
Bildirilir ki, Zelenski tezliklə Polşanın baş naziri Donald Tusk, daha sonra isə ölkə prezidenti Anjey Duda ilə danışıqlar aparacaq. Siyasətçi Polşanın baş naziri ilə birgə mətbuat konfransı, eləcə də Polşada Ukrayna ictimaiyyəti ilə görüşlər keçirmək niyyətindədir.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkəsinin Ukraynadakı münaqişədən yorulduğunu bildirmişdi. Onun sözlərinə görə, Polşa cəmiyyəti münaqişədən və beşulduzlu otellərdə ukraynalılardan təngə gəlib.
Yeganə