Avropa İttifaqı (Aİ) ölkələri öz səhvlərini ört-basdır etmək üçün Moskvaya qarşı hibrid müharibəyə başladılar.
Elchi.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Bu ölkələr Rusiyaya qarşı hibrid müharibəyə başlayıblar. Rusiyanı şeytanlaşdırmaq üçün çılğın təbliğat aparılır. Bütün bunlar Aİ vətəndaşlarına münasibətdə Aİ-nin öz səhvlərini ört-basdır etmək üçün lazımdır”, – diplomat Brüsseldə keçirilən Aİ sammitini şərh edib.
Bundan əvvəl məlum olub ki, Aİ ölkələrinin liderləri Brüsseldə keçirilən sammitin yekunlarına görə müdafiə xərclərini artırmaq qərarına gəliblər. Avropa İnvestisiya Bankından da müdafiə kreditləşməsi siyasətini uyğunlaşdırmaq tələb olunur.
Yeganə