image-1701937093_1694589493_3917455backend

Zaxarova: “ABŞ Kiyevə kart-blanş verir”

“Görünür, Amerika hakimiyyəti Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya ərazisinin dərinliklərində istifadə etmək üçün demək olar ki, istənilən növ Amerika silahlarından istifadə hüququ vermək istəyir”.

Elchi.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin ABŞ və Ukrayna arasında Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki zərbə zonasının genişləndirilməsi perspektivlərinə dair danışıqların artıq davam etdiyi barədə bəyanatını yüksək qiymətləndirib.

Zaxarovanın sözlərinə görə, bundan yalnız bir nəticə çıxarmaq olar -Rusiya regionlarında əməliyyatlar üçün Kiyev rejiminə kart-blanş verilib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin bildirib ki, Kiyev kartı oynanmağa davam edəcək, çünki ABŞ-da prezident seçkiləri təhlükə altındadır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki