image-yunanistan-675x403backend

Yunanıstan 2024-cü ildə tarixində ən isti qış və yayı yaşadı

Yunanıstanın 2024-cü ildə tarixinin ən isti qış və yayı yaşayacağı bildirilib.
Elchi.az xəbər verir ki, Yunanıstan Meteorologiya İdarəsinin açıqladığı hesabatda 2024-cü il üçün temperatur və yağıntı məlumatları yer alıb.
Məlumata görə, ilin ən yüksək temperaturu iyunun 13-də Krit adasında 44,5 dərəcə olub. İlin ən aşağı temperaturu yanvarın 22-də Florinada 19,8 dərəcə şaxta kimi qeydə alınıb.
Gün ərzində ən çox yağıntı 435 millimetrlə Halkidiki yaxınlığındakı Simon Petra monastırının ətrafında qeydə alınıb.
“2023-2024-cü illərin qışı ölkə tarixində ən isti qış, 2024-cü ilin yayı isə ölkə tarixində ən isti yay olub”, – məlumatda deyilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki