image-4backend

“Xocalını unutmayaq,unutdurmayaq” adlı tədbir keçirilib 

Bakı şəhəri İ.Məmmədov adına 298 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalını unutmayaq,unutdurmayaq” adlı tədbir keçirilib.

Alp.az xəbər verir ki, məktəbin tarix müəllimi Məlahət Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi günahsız Xocalı sakinlərinin, canını Vətən uğrunda qurban vermiş insanların yad edilməsi, gənclərdə vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ edilməsi idi.
Tədbir boyu Xocalı soyqırımını əsk etdirən videoroliklər nümayiş olunub, şagirdlərin ifasında mövzuya uyğun şeir, mahnı və səhnəciklər təqdim edilib.

Məktəbin yeganə xocalılı ailəsiniə mənsub 6C sinif şagirdi Müjgan Əzizovanın çıxışı tamaşaçıları daha çox mütəssir edib.O, babasının, nənəsinin, atasının Xocalı ilə bağlı ağrılı xatirələrindən danışıb.

image-6

Sonda məktəbin direktoru Xatirə Hacıyeva tədbirin təşkilatçıları və iştirakçılarına öz təşəkkürünü bildirərək Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu vurğulayıb. O, şagirdlərə bu tarixi unutmamağı və unutdurmamağı tövsiyə edib.

image-5

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki