image-6backend

WP: Tramp artıq ABŞ kəşfiyyatından hesabatlar alır

ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp artıq Amerika kəşfiyyatından xəbərlər alır.

Elchi.az bildirir ki, bu barədə Washington Post məlumatlı mənbəyə istinadən yazır.

Jurnalistlərin fikrincə, Ağ Evin gələcək sahibi seçkilərdə qalib gəldikdən az sonra hesabatlar almağa başlayıb. Lakin Trampın keçid komandası hələlik bu məlumatı şərh etməyib.

“Seçkidən az sonra ona Milli Kəşfiyyat Direktorunun Ofisindən hesabatlar gəlməyə başladı”, – nəşrin müxbirləri bildiriblər.

Donald Tramp noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib və 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq. Trampın rəqibi Bayden administrasiyasında ABŞ-ın vitse-prezidenti Kamala Harris olub.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki