“Volkswagen” Trampın tarifləri səbəbindən ABŞ-a avtomobil tədarükünü dayandıracağını açıqlayıb.
Elchi.az “Motor.ru”ya istinadən xəbər verir ki, 2025-ci il aprelin 3-də Amerika prezidenti avtomobil, yük maşınları və avtomobil hissələrinin idxalına 25 faizlik qadağanedici tariflərin tətbiqi barədə göstəriş verib.
Dövlət başçısının sözlərinə görə, nəqliyyat vasitələri və onlar üçün komponentlərin tədarükü ölkənin milli təhlükəsizliyini təhdid edir.
“Volkswagen” ABŞ-a Meksikadan avtomobillər tədarük edirdi. Alman brendi “Tiguan” və “Taos” krossoverlərini, həmçinin Jetta sedanını idxal edib. Trampın sərəncamından sonra Meksika və Kanadadan idxal olunan məhsullara baza rüsumları 25 faiz artıb. Aİ ölkələri üçün bu nisbət 20 faiz, Çin üçün 34 faiz artıb.
Tariflərin artırılması Şimali Amerika bazarında “Volkswagen” avtomobillərinin qiymətini artıracaq. Alman konserni 25 faizlik rüsumun ödənilməsi xərclərini avtomobillərin son qiymətinə daxil edəcəyini bildirib.
Yeganə