image-ukrayna-ve-filistin-hedefte-mossadin-kalbinde-rus-ajanlari-oaghbackend

Ukrayna və Fələstin hədəfdədir, rus agentləri Mossadın ürəyindədir

Mossadın İran və Livandakı əməliyyatları bütün dünyada təhlükəsizlik narahatlığı yaratsa da, Rusiyanın da İsraildə geniş miqyaslı kəşfiyyat fəaliyyətləri həyata keçirdiyi üzə çıxdı. Ölkədə fəaliyyət göstərən Rusiya şirkəti bir tərəfdən Moskvanın xeyrinə ictimai rəyə təsir edir, digər tərəfdən parlamentdə lobbiçilik fəaliyyəti həyata keçirir. Əməliyyatın hədəfi Ukrayna və Fələstinlilərdir.
Elchi.az xəbər verir ki, Rusiya İsraildə ictimai rəyə və parlamentə (Kneseet) təsir etmək üçün son dərəcə əhatəli kəşfiyyat fəaliyyəti həyata keçirir. Fəaliyyətlərin mərkəzi ofisi Rusiyanın paytaxtı Moskvada yerləşən və Kreml tərəfindən cəbhə kimi istifadə edilən Sosial Dizayn Agentliyidir (SDA). Bir çox Avropa ölkəsi kimi İsraildə də ofisləri olan şirkət geniş PR, media və tanıtım fəaliyyətləri ilə bir tərəfdən İsrail ictimaiyyətinə, digər tərəfdən isə parlamentin Rusiya-Ukrayna müharibəsi ilə bağlı düşüncələrinə təsir etməyə çalışır. İsrail ictimaiyyətində Rusiyaya dəstək yaratmağa çalışan şirkət Parlamentin Moskva əleyhinə qərar qəbul etməsinə və İsrail silahlarının Ukraynaya göndərilməsinə mane olmağa çalışır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki