Türkiyə və Suriyanın silahlı qüvvələri Qərbin “yeni tələblər irəli sürəcəyi təqdirdə Kürdüstan Fəhlə Partiyasının (PKK) kürd yaraqlılarına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirəcək”.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Hürriyet” qəzeti yazır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə axşamı bildirib ki, Ankara Suriyadakı Kürdüstan Fəhlə Partiyasına (PKK) ultimatum verib və çağırışlara məhəl qoyulmasa, hərbi əməliyyat təcili ola bilər.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib. PKK-YPG silahı yerə qoymasa, Suriyada başqa administrasiyada israr etməyə davam edərsə və Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya dövləti ilə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq”, – qəzet yazır.
Bununla belə, qəzet Qərbin tələblərinin nə olduğunu qeyd etməyib. Qəzetin yazdığına görə, Ankara Suriyada “PKK-YPG varlığını davam etdirməsi üçün səy göstərməyib. “İndi Ankara A planını həyata keçirir, lakin B planı da masadadır”, – qəzet qeyd edib.
Yeganə