image-24backend

Tramp Yaxın Şərqə səfər edə bilər

ABŞ-ın yeni prezidenti Donald Tramp belə bir səfər təşkil etmək imkanını nəzərdən keçirsə də, hələlik Yaxın Şərqə səfər etməyi planlaşdırmır.

Elchi.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

“Biz Yaxın Şərqə getməyi düşünürük. Amma hələ yox”, – Tramp bildirib.

O, həmçinin xatırladıb ki, İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında bu yaxınlarda əldə olunmuş razılaşmalar çərçivəsində Qəzza zolağında atəşkəs təmin edilib və girovların azad edilməsinə başlanılıb. Tramp girovlar haqqında “Mən burada olmasaydım, onlar heç vaxt geri qayıtmazdılar” dedi.

Bundan əlavə, o, əvvəlki prezident Co Baydenin Yaxın Şərqdə razılaşmaların əldə olunması ilə heç bir əlaqəsi olmadığı fikrini ifadə edib. “Bayden bunu ala bilmədi” deyə Tramp əmindir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki