Ağ Evin sözçüsü Karoline Leavitt ABŞ prezidenti Donald Trampın mayın 13-16-da Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində Trampın Yaxın Şərq səfərinin tarixlərini təsdiqləyib.
Leavitt Trampın mayın 13-16-da Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcəyini açıqlayıb, lakin səfərin təfərrüatlarına varmayıb.
ABŞ prezidenti Tramp daha əvvəl bəzi açıqlamalarında may ayında Səudiyyə Ərəbistanına gedəcəyini bildirmişdi.
Nuranə Məmmədova