image-download-2025-04-24t172833-108backend

Tramp Putini Ukraynaya zərbələri dayandırmağa çağırıb

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Kiyevə hücumları dayandırmağa və sülh razılaşmasına nail olmağa çağırıb.
Elchi.az  xəbər verir ki, Ağ Ev rəhbəri bəyanatını Truth Social sosial şəbəkəsində dərc edib.
“Rusiyanın Kiyevə zərbə endirməsindən narazıyam. Bu, lazımsız və çox vaxtsızdır. Vladimir, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!” – Tramp yazıb.
Amerika prezidenti aprelin 24-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Kiyevə irimiqyaslı raket zərbəsi endirməsi ilə bağlı xəbərləri belə şərh edib.Hücum faktını daha sonra Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa da təsdiqləyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki