ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahı əldə etməsi dünya üçün fəlakətə gətirib çıxaracaq.
Elchi.az xəbər verir ki, o, bu barədə “Fox News”-a müsahibəsində deyib.
“Onların İran nüvə silahı ola bilməz. Əgər onlar bunu alsalar, hamı onu alacaq, sonra isə bu, fəlakət olacaq”,-deyə Tramp bildirib.
Bu arada, yanvarın ortalarında İran prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədi güdmür.
Yeganə