ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sələflərindən fərqli olaraq dünyanı yeni prinsiplər əsasında yenidən formalaşdırmaq istəyir.
Elchi.az xəbər verir ki, bu fikri “Rossiya 24” telekanalının efirində filosof Aleksandr Duqin deyib.
O hesab edir ki, respublikaçı keçmiş qlobalist liderlərə tamamilə əks siyasi kurs seçib.
“Tramp Amerika və Qərbi güclü, sağlam, ənənəvi dəyərlərə əsaslanan, güclü, suveren, inkişaf edən dövlət etmək istəyir. O, ciddi şəkildə Kanadanı, Qrenlandiyanı ilhaq etməyə, Panama kanalı üzərində nəzarəti bərqərar etməyə hazırlaşır, Meksikaya iddialar irəli sürür. O, dünyanı yenidən formalaşdırmaq istəyir, lakin əvvəlki qlobalistlərdən fərqli fundamental əsaslarla”.
Filosof onu da qeyd etdi ki, prezidentimiz Vladimir Putinin seçdiyi inkişaf vektoru belə dəyişikliklər üçün örnək olub. “Putin, müəyyən mənada, realist siyasət, suverenlik, ənənəvi dəyərləri vurğulamaq üçün nümunədir”, – Aleksandr Duqin bildirib.
Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Donald Tramp NATO-nun şərqə doğru genişlənməmək vədində yalan danışdığını etiraf edən ilk Qərb lideridir.
Yeganə