ABŞ prezidenti Donald Tramp İranla yeni nüvə sazişi üzrə danışıqlara dair fikirlərini açıq şəkildə bildirməkdən imtina edib.
Elchi.az bu barədə “CNN”ə istinadən xəbər verir.
“Düşünürəm ki, danışıqlar yaxşı gedir. Siz bunu etməyənə qədər heç bir şeyin əhəmiyyəti yoxdur. Ona görə də bu barədə danışmağı xoşlamıram. Bununla belə, hər şey yaxşı gedir. Hesab edirəm ki, İranla bağlı vəziyyət kifayət qədər yaxşı inkişaf edir”, – deyə dövlət başçısı “Air Force One”-ın göyərtəsində deyib.
Danışıqlarda iştirak edən mənbələr “CNN”ə bildiriblər ki, Tramp administrasiyası sürətlə hərəkət etmək istəyir.
Danışıqların növbəti mərhələsi aprelin 19-na təyin edilib.
Yeganə