image-screenshot_2024-06-06_114102backend

“The Guardian” X sosial media platformasını tərk edir

Böyük Britaniyada fəaliyyət göstərən “The Guardian” qəzeti öz rəsmi redaksiya hesablarından sosial media platforması X-də paylaşımları dayandırdığını bildirib.
Elchi.az xəbər verir ki, qəzetin verdiyi açıqlamada istifadəçilərin “The Guardian”ın məqalələrini sözügedən platformada paylaşmağa davam edə bildikləri, lakin öz paylaşımlarını dayandırmaq qərarına gəldiyi bildirilib.
Qərarın səbəbi kimi X platformasında tez-tez rast gəlinən narahatedici məzmun, ifrat sağçı sui-qəsd nəzəriyyələri və irqçi yazıların artması göstərilib.
“ABŞ prezident seçkiləri kampaniyası bizim çoxdan düşündüyümüz bir həqiqəti bir daha vurğuladı: X zəhərli media platformasıdır və onun sahibi İlon Mask platformanın təsirindən siyasi diskurs formalaşdırmaq üçün istifadə edə bilər”, – bəyanatda deyilir.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki