image-tesla-aa-1997899_1backend

“Tesla” satışları kəskin şəkildə azaldı 

Avropa Birliyi (AB) ölkələrində “Tesla” markalı avtomobil satışları ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.

Elchi.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar-mart ayları üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, ABŞ-lı milyarder İlon Maska məxsus “Tesla”nın avtomobil satışları Aİ ölkələrində azalıb. Keçən ilin mart ayında 28 463 olan “Tesla” satışları bu ilin eyni dövründə 36 faiz azalaraq 18 224-ə düşüb.

Markanın Aİ-də ümumi yeni avtomobil satışlarında payı da mart ayında 2,8 faizdən 1,8 faizə düşüb.

Yanvar-mart dövründə “Tesla”nın Aİ ölkələrində satışları keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.

Keçən ilin ilk rübündə 65 min 774 olan “Tesla” satışları bu ilin birinci rübündə 36 min 167-yə düşüb. Şirkətin Aİ bazarındakı ümumi payı da 2,4 faizdən 1,3 faizə düşüb.

Digər tərəfdən, AB ölkələrində ilk rübdə elektrikli avtomobil satışı keçən ilin eyni dövrünə görə yüzdə 23,9 artaraq 412 min 997 ədədə çatıb. Beləliklə, birinci rübdə elektrik avtomobillərinin ümumi satışlarda payı 15,2 faizə çatıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki